Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


28.05.2021  09:37 

“Hər iki tərəf ölüm-dirim məsələsinə qərar verib” - Ter-Petrosyan





A+  A-

"İndi vətəndaş müharibəsi təhlükəsi var, pis səlahiyyətlilər, diktatorlar var, onlardan qurtulmaq asandır, ən təhlükəli şey vətəndaş müharibələridir".
XəzərNews.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyaya verdiyi müsahibəsində bildirib.

“Paşinyan və Köçəryanın tərəfdarları az qala döyüşə döndülər, bu dərinləşməyə davam edəcək. Qorxuram ki, bu seçkilər vətəndaş müharibəsi olmasa da, döyüşlərə çevrilə bilər. Hər iki tərəf də ölüm-dirim məsələsinə qərar verib" - deyə Petrosyan bildirib.

Onun sözlərinə görə, Serj Sarqsyanın ən böyük səhvi parlament idarəetmə formasına keçid idi:

“Bu, dəhşətli bir şeydir... Bu seçkilərin necə sona çatacağına dair üç seçim var - ya Paşinyan, ya da Köçəryan qalib gələcək, ya da başqası, bu da mümkün deyil. Və daha pis bir variant var - heç kim qalib gəlməyəcək və rəngarəng parlament sisteminə girəcəyik”.

Xəbər 3164 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +