Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


27.05.2021  12:03 

Müdafiə Nazirliyi gecəki təxribatın detallarını açıqladı





A+  A-

Mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.
XəzərNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Xəbər 3401 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +