Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


27.05.2021  11:55 

XİN-dən sərhəddəki təxribatla bağlı daha bir açıqlama





A+  A-

“Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətindəki sərhəd xətti yaxınlığında təxribatı barədə məlumat yayıb. Bir qrup erməni təxribatçı Azərbaycan ərazilərinə girməyə çalışıb”.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva öz tvitter hesabında yazıb.

“Bu, növbəti təxribat xarakterli addımdır və üçtərəfli bəyanatın Ermənistanın tərəfindən pozulmasıdır!”, - deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, mayın 27-də saat 3 radələrində Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

Həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılıblar.

Xəbər 3367 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +