Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


17.02.2021  10:56 

“Əli və Nino”dakı oğurluğu 3 azyaşlı törədib - Rəsmi açıqlama





A+  A-

Daxili İşlər Nazirliyi “Əli və Nino” kitab mağazaları şəbəkəsinin Fəvvarələr Meydanında yerləşən filialında törədilən oğurluqla bağlı məlumat yayıb.
DİN Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub.

Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.

Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.

Xatırladaq ki, mağazanın təsisçisi Nigar Köçərlinin ötən gün yaydığı məlumata görə, bir neçə şəxs sözügedən filialdakı işçilərə aid otağa daxil olaraq onların telefon və digər əşyalarını oğurlamışdılar.



Xəbər 3506 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +