Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


18.01.2021  15:09 

Ermənistanın səhiyyə naziri istefa verdi





A+  A-

Ermənistanın səhiyyə naziri Arsen Torosyan istefa məktubu yazıb.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Prezidentinin ofisi Baş nazir Nikol Paşinyandan Torosyanın istefası üçün təklif aldıqlarını təsdiqləyib.

“Sənəd bu gün alınıb, lakin hələ imzalanmayıb”,- deyə açıqlamada bildirilib.

Ermənistan mediasında Torosyanın yaxın vaxtlarda istefası barədə şayiələr gəzməsinə baxmayaraq, Səhiyyə Nazirliyi dəfələrlə bu məlumatları təkzib edib. KİV Torosyanın Eduard Ağacanyanın əvəzinə hökumət aparatının rəhbəri təyin ediləcəyini və onun yerinə “Mənim adımım” blokundan vəkil Narek Zeynalyanın təyin olunacağını bildirir.

İstefa səbəbinin Paşinyanla fikir ayrılığının olduğu iddia olunur. İddialara görə, Paşinyanla Torosyanın heyəti arasındakı görüş zamanı Torosyan rəhbərlikdəki uğursuzluq və müharibədəki məğlubiyyətdən sonra Baş nazirin özünün istefa etməli olduğunu bildirib.

Xəbər 3452 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +