Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


28.11.2020  12:38 

Türkiyəli hərbçilər Azərbaycana nə vaxt gələcək?





A+  A-

“İşğalçı Ermənistanın Qarabağdan çıxarılması Türkiyə- Azərbaycan qardaşlığının gücünü bir daha dünyaya nümayiş etdirdi”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay Plan və Büdcə Komissiyasının iclasında deyib.

“Otuz ildir Qarabağda davam edən Ermənistan zülmünə səssiz qalmadıq, bəzi ölkələr kar və kor olmağı seçdilər. Biz Ermənistanın mülki şəxsləri, şəhərləri bombalamasına susmadıq, hər cür imkanlarla Azərbaycanın yanında olduq”,- deyə F. Oktay vurğulayıb.

Türkiyə Prezidentinin köməkçisi Azərbaycana dəstək verməyə davam edəcəklərini bir daha xatırladıb:

“Şərqi Aralıq, Kipr və Liviya kimi bölgə məsələlərində Türkiyənin güclü duruşu və qardaş Azərbaycana 44 gündə Qarabağın azadlıq müharibəsində verdiyimiz dəstək davam etməkdədir. Son qərarla Türkiyə hərbçiləri azərbaycanlı qardaşlarımızın hüquq və mənafelərini qorumaq üçün ən qısa müddətdə Azərbaycandakı vəzifələrini icra edəcəklər”.

Xəbər 2800 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +