Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


13.11.2020  20:11 

Şoyqu Qarabağa yerləşdirilən sülhməramlılarla bağlı detalları açıqladı





A+  A-

“Hərbi-nəqliyyat aviasiyası 3 gün ərzində Dağlıq Qarabağa 1100 nəfərdən çox rusiyalı sülhməramlı aparıb”.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinin Dağlıq Qarabağda humanitar məsələlərlə bağlı keçirdiyi onlayn görüşündə deyib:

“Üç sutka ərzində 73 təyyarə reysi həyata keçirilib, 1 103 hərbçi, 168 texniki vasitə daşınıb. Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyası tərəfindən texnika və materialların daşınması “sutka ərzində 25 uçuş” göstəricisi ilə davam etdirilir”.

Şoyqunun sözlərinə görə, Rusiya sülhməramlı missiyasının Dağlıq Qarabağdakı müşahidə məntəqələrinin yerləşdirilməsi şənbə günü başa çatacaq.

“Sülhməramlıların daha bir məntəqəsi Dağlıq Qarabağın şimalında yerləşdirilib. Sabah sözügedən ərazidə daha 8 postun yerləşdirilməsini başa çatdırmağı planlaşdırırıq”, - deyə Şoyqu bildirib.

O əlavə edib ki, Xankəndi və Şuşada 4 müşahidə məntəqəsi quraşdırılıb: "Bu gün isə “Cənub” məsuliyyət zonasında müşahidə məntəqələrinin yerləşdirilməsi başa çatdırılacaq. Bu zonada ümumilikdə doqquz məntəqə olacaq".

Xəbər 3682 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +