Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


11.11.2020  10:22 

Tonoyan Azərbaycan ordusunun gücünü belə etiraf etdi





A+  A-

“Qarabağ müharibəsinə son qoymaq barədə razılığın xəyanət kimi qiymətləndirilməsi təhqiramizdir”.
XəzərNews.az-ın “aysor.am” portalına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan müdafiə naziri David Tonoyan bildirib.

“Ermənistan Silahlı Qüvvələri, Müdafiə Nazirliyinin bütün sistemi, hökumətin uğur qazanmağımız üçün əlindən gələni etməsinə baxmayaraq Qarabağ müharibəsinə son qoymaq barədə razılığın xəyanət və ya məğlubiyyət kimi dəyərləndirilməsini təhqiramiz hesab edirəm”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan tərəfi silah və texnika tədarükünün bütöv bir blokadası şəraitində hərəkət etdikdə geosiyasi vəziyyət yaranıb.

“Biz çox böyük bir qüvvəyə - super silahlı Azərbaycan ordusuna qarşı vuruşduq. Məndən “bəs siz niyə silahlanmadınız?” deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”, -deyə Tonoyan qeyd edib.

Tonoyan rus sülhməramlılarının yerləşdirilməsi ilə Qarabağ müharibəsinə son qoyulması barədə razılaşmanın ən yaxşı seçim olduğunu da sözlərinə əlavə edib.

Xəbər 4433 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +