Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


11.09.2020  16:43 

Lukaşenkonun Moskva səfəri bu tarixdə baş tutacaq





A+  A-

Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş 14 sentyabrda baş tutacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bildirib: “İşgüzar bir səfər olacaq, Lukaşenko Prezident Putinlə söhbət edəcək”.

Onun sözlərinə görə, görüşdən sonra yekun mətbuat konfransının keçirilməsi planlaşdırılmır. Bununla yanaşı, Peskov Kremlin Putin və Lukaşenko arasındakı danışıqların əsas nəticələri barədə məlumat verəcəyini bildirib: “Biz bunu mütləq etməyə çalışacağıq. İki prezidentin görüşünün başlanmasının protokol hissəsi ictimaiyyətə açıqlanacaq”.

Xatırladaq ki, 30 avqustda baş tutan telefon danışığı zamanı Putin və Lukaşenkonun Moskvada görüşmək barədə razılığa gəldiyi bildirilmişdi.



Xəbər 3302 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +