Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


04.09.2020  16:43 

1 həftədə Rusiyadan gələn 33 nəfərdə virus aşkarlandı





A+  A-

“Avqustun sonuncu həftəsində Rusiyadan quru sərhədi ilə Azərbaycana təxliyyə olunmuş vətəndaşlarımızdan götürülmüş testlər nəticəsində 33 nəfərdə COVİD-19 infeksiyası aşkar olunub”.
XəzərNews.az xəbər verir ki, bununla bağlı TƏBİB məlumat yayıb. Qeyd edilib ki, əvvəlki aylarda həyata keçirilmiş təxliyyələr zamanı testləri pozitiv çıxmış vətəndaşların sayı cüzi olsa da, qeyd edilən həftədə kəskin artım müşahidə olunub:

“Bu, istər Rusiyanın müxtəlif bölgələrindən Dağıstana gələn, istərsə də orada toplanma məntəqələrində təxliyyə gözləyən bəzi vətəndaşlarımızın sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydalarına riayət etməməsinin nəticəsində baş verir”.

Məlumatda qeyd edilib ki, quru sərhədi ilə Azərbaycana qayıtmaq məqsədilə çoxlu sayda vətəndaş Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisinə gəlir. Həftəlik əsasda Rusiya Federasiyasının rəsmi orqanları ilə razılaşdırılmış qaydada və xüsusi plana uyğun olaraq vətəndaşlar Samur sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə keçidi həyata keçirilir. Sərhədi keçən bütün vətəndaşlardan TƏBİB tərəfindən koronavirus testi üçün nümunə götürülür və karantin məntəqələrinə yerləşdirilirlər.

TƏBİB bir daha xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq arzusunda olan vətəndaşları olduqları ölkənin sanitar-epidemioloji qaydalarına ciddi şəkildə riayət etməyə çağırıb.

Xəbər 3625 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +