Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


26.08.2020  17:52 

Bakı metrosu açılır? - Rəsmi cavab





A+  A-

Metronun işləməməsi ictimai nəqliyyatdan istifadə edən Bakı sakinlərini çətin vəziyyətə salıb. Səhər işə, axşam evinə tələsən insanlar avtobuslarda basabasda gedib-gəlir. Virusun yayılmasının qarşısını almaq üçün maska taxılması isə dolu avtobuslarda gülünc tədbir mahiyyətindən uzağa getmir.
Maskaların əksəriyyəti çənənin altında olur. Ağız-burnunu örtənlər də hər 5-10 dəqiqədən bir maskanı aşağı çəkib çiyər dolusu nəfəs alır və bütün sərnişinlərə çatacaq qədər hava buraxır. Bir sözlə, avtobuslarda vəziyyət acınacaqlıdr. Avtobusların sayının nə qədər çox olduğunu deyə bilmərik. Amma gec-gec və qapısına kimi dolu gəlirlər.

Buna görə də əhali metronun açılmasını dördgözlə gözləyir.

Bəs metronun sentyabrın 1-dən açılma ehtimalı varmı?

Hazırlıqla bağlı quruma tapşırıq verilbmi?

XəzərNews.az xəbər verir ki, mövzü ilə bağlı Lent.az -ın sualına cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metronun açılması ilə bağlı qərarın quruma aid olmadığını xatırladıb.

Əlavə edib ki, bu günə hələ ki heç nə deyilməyib: “Metroda iş elə qurulub ki, adi rejimdə hərəkəti təmin etmək üçün bütün infrastruktur hazır vəziyyətdə saxlanılır.

Adi iş rejimi üçün məcburiyyət yaransa, metronun bir gün ərzində fəaliyyətə başlamasında problem olmaz. Təbii ki, daha rahat işi təmin etmək üçün adi iş rejimi qaydasında 2-3 gün əvvəl olsa, hər şeyi rahat təmin etmək olur. Çünki metroda müəyyən təlimat və digər normativ tələblərin, texniki-istismar qaydalarının şərtlərinə uyğun əmrlər, tapşırıqlar verilir. Lakin yenə də deyirəm ki, adi iş rejiminə metro hazır saxlanılır”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə suala cavab olaraq deyib ki, bu barədə məlumatı yoxdur.

Xəbər 3587 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +