Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


26.08.2020  16:49 

“Danışıqlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlməlidir” - Lavrov





A+  A-

“Danışıqlar prosesində BMT TŞ-nin qətnamələri və beynəlxalq ictimaiyyətin qərarları rəhbərlik etməlidir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında bildirib.

“Mən razıyam ki, danışıqlar prosesinə BMT TŞ-nin 4 qətnaməsi daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş qərarlar rəhbərlik etməlidir, hansılar ki, həmin vaxtı müharibəni dərhal dayandırmağı hədəfləyib”,- deyə Lavrov qeyd edib.

Rusiya XİN rəhbəri, həmçinin danışıqlar prosesinin imitasiya xatirinə aparılmamalı olduğunu, konkret həllərə istiqamətlənməli olduğunu qeyd edib: “Bu mənada sabit, dayanıqlı bir danışıqlar prosesi qurmaq üçün lazımi mühiti təmin etmək vacibdir. Ancaq danışıqlar sadəcə danışıqlar xatirinə aparılmamalı, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlməlidir”.

Xəbər 4553 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +