Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


13.11.2019  17:49 

Bu müəllimlərin əməkhaqqı artırıldı





A+  A-

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına musiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib.
XəzərNews.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, qiymətləndirilməsi aparılan heyətin əməkhaqqı 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarına uyğun olaraq artırılıb.

Qeyd edək ki, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə edib. Ümumilikdə 150 minədək müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilib, onların dərs yükü 1.5, əməkhaqqı 2 dəfə artırılıb.

Xəbər 3033 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +