Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


15.05.2019  11:57 

ABŞ səfirliyi “GreenCard”la bağlı xəbərdarlıq etdi - ALDANMAYIN





A+  A-

ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci il üçün Viza Lotereyası proqramının (GreenCardVisa) ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq edib.
XəzərNews.az-ın məlumatına görə, səfirlik bəyan edib ki, bu cür saxta elektron poçt və məktubların müəllifləri "GreenCard" proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər.

"Bundan əlavə, yerli viza təşkilatları Viza Lotereyasına daxil etmək məqsədi ilə sizdən şəxsi məlumatları almaq üçün müraciət edə bilər. Bu təşkilatlar yalnız öz maraqlarını güdür. ABŞ səfirliyi heç bir yerli "GreenCard" təşkilatı ilə çalışmır və ya dəstək göstərmir" - səfirliyin bəyanatında deyilir.

Bildirilib ki, ərizəçilər bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunu hesab edirlərsə və yaxud fırıldaq məqsədi ilə onlara müraciət olunubsa, "Facebook" səhifəsi vasitəsilə və yaxud [email protected] elektron poçt ünvanına müraciət etməklə səfirliyə məlumat versinlər.

Bundan başqa, yalnız Dövlət Departamentinin rəsmi saytı (http://www.dvlottery.state.gov) vasitəsilə heç kimə ödəniş etmədən ərizəni yoxlamaq olar.

Xəbər 2931 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +