Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


24.04.2019  12:17 

Rəsmi Ankara: “Rusiya Azərbaycana S-400 satsa, ...”





A+  A-

Rəsmi Ankara Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinin Azərbaycanda yerləşdiriləcəyi ilə bağlı xəbərlərə reaksiya verib.
XəzərNews.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara S-400-lər Azərbaycana və Qətərə vermək niyyətində deyil.

O qeyd edib ki, söhbət S-400-lərin Azərbaycana və Qətərə verilməsi planlarından getmir.

“Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb”-deyə M.Çavuşoğlu bildirib.

Nazir deyib ki, Türkiyə Rusiya ilə saziş bağlayıb və indi onların göndəriləcəyi vaxtı razılaşdırır.

Həmçinin qeyd edib ki, Rusiya kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, o bunu birbaşa, vasitəçisiz edəcək.

“Xüsusən də, bu ölkələr arasında (Azərbaycan və Rusiyanı nəzərdə tutur-red) yaxşı münasibətlər var" - deyə M. Çavuşoğlu əlavə edib.

Xatırladaq ki, Türkiyə mətbuatı S-400 zenit-raket komplekslərinin Türkiyəyə təhvil verilməsindən sonra həmin sistemlərin Qətər ya da Azərbaycanda yerləşdirilməsinin müzakirə mövzusu olduğunu yazmışdı.

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında imzalanmış müqaviləyə əsasən, 2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.

Xəbər 2721 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +