Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


04.04.2019  10:17 

“Diqlas”da zərərçəkən sahibkarlara veriləcək konpensasiyanın MƏBLƏĞİ AÇIQLANDI





A+  A-

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası”nı təsdiqləyib.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Hüquqi Aktların Dövlət Reyestrində qeyd olunub.

Qərara əsasən, “Diqlas” ticarət mərkəzində zərəçəkənlərə maddi yardımın məbləği aşağıdakı qaydada müəyyən edilir:

4.1.1. mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara – 10000 manat;

4.1.2. piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara - 2000 manat.

4.2. Maddi yardım zərər çəkmiş sahibkara dəymiş ziyandan artıq ödənilmir.

4.3. “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2019-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar Nazirliyə ayrılmış vəsait Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin hesabına köçürülür.

4.4. Zərər çəkmiş sahibkara çıxarış verildiyi gündən 5 iş günü müddətində maddi yardımın məbləği Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən zərər çəkmiş şəxsə plastik kart vasitəsilə təqdim edilir.

Xəbər 3038 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +