Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


05.03.2019  17:35 

Kərəm Həsənov vəziyyətdən çıxa biləcəkmi? – ƏMDK-nin ləğv olunması gözlənilir…





A+  A-

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov vəzifəsi ilə vidalaşır…
Kərəm Həsənov ƏMDK-nın sədri vəzifəsindən getdikdən sonra başqa bir vəzifəyə təyin olunması, ən azından xarici ölkələrdən birinə səfir göndərilməsi barədə xahiş edib. Lakin K. Həsənaova hələ ki, müsbət cavab verilməyib.

Prezident İlham Əliyevin həyata keçirdiyi struktur və kadr islahatları çərçivəsində yaxın zamanlarda Əmlak Məsələləri Dövlət Komitəsinin ləğv edilməsi gözlənilir.

XəzərNews.az bildirir ki, bu barədə pia.az-a daxil olan məlumata görə, ƏMDK-nın yerində eyni adlı publik hüquqi şəxsin yaradılması nəzərdə tutulur. ƏMDK-nın bəzi səlahiyyətlərinin isə ASAN Xidmətə veriləcəyi bildirilir.

Başqa bir mənbədən əldə edilən məlumata görə isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov nəzərdə tutulan islahatdan xəbərdardır. Mənbə iddia edir ki, Kərəm Həsənov ƏMDK-nın sədri vəzifəsindən getdikdən sonra başqa bir vəzifəyə təyin olunması, ən azından xarici ölkələrdən birinə səfir göndərilməsi barədə xahiş edib. Lakin K. Həsənaova hələ ki, müsbət cavab verilməyib.

Hətta gələnilki parlament seçkilərində Komitə sədrinin qardaşı Malik Həsənovun da namizədliyinin iqtidar siyahısında olmayacağı söylənilir. Səbəb kimi isə Həsənovların sağ-solda “Azinko” barədə danışdıqlarının yuxarılara çatması və nəticədə gözdən düşmələri göstərilir.

Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq…

Xəbər 3843 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +