Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


22.02.2019  19:04 

Bakıda kişi qadının üstünə kerasin töküb yandırdı





A+  A-

Bakıda güclü alkoqol qəbulu az qala faciəyə səbəb olacaqmış. Kişi qadını yandırıb, amma xoşbəxtlikdən zərif cinsin nümayəndəsi sağ qalıb.
XəzərNews.az sputnik.az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, xoşagəlməz insident fevralın 21-də saat 19:40-da Nobel prospektindəki evlərdən birində baş verib.

Qabil adlı kişi 41 yaşlı Rübabə Nuriyevanın üstünə kerosin töküb və ona od vurub. Xoşbəxtlikdən qadının köməyinə yetişiblər və onu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və Rekonstruktiv cərrahiyyə klinikasına çatdırıblar. Qadının başı, boynu və əlləri yanıb. Pasientin vəziyyəti kritik deyil.

Kişi cinayəti törədəndən sonra qaçıb gizlənib. Lakin fevralın 22-də Xətai rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıblar. Məlum olub ki, saxlanılan şəxs zərərçəkmişin dostu, tüfeyli həyat tərzi keçirən Bakı sakini, 33 yaşlı Tağıyev Qabil İsgəndər oğludur.

Cinayət baş verən zaman onların hər ikisi möhkəm sərxoş olub. Tağıyev törətdiyi cinayəti xatırlamır və onu boynuna almaq istəmir.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər 3054 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +