Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


21.02.2019  12:43 

Masazırdakı yanğında 4 polis işçisi ZƏHƏRLƏNDİ





A+  A-

Fevralın 20-də gecə saat 3 radələrində Abşeron rayonuMasazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış sahəsindəki 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən elektrik şitində yanğın baş verib.
DİN Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları hadisə yerinə gəliblər. Sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.

Polis və yanğın təhlükəsizliyi xidməti əməkdaşlarının çevik müdaxiləsi və yaxından köməkliyi ilə sakinlər təxliyə olunub, onların təhlükəsizliyi təmin edilib. Yanğın söndürülmüş, xəsarət alan olmayıbr.

Bina sakinlərinin təxliyyəsi zamanı Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları İlkin Kərimov, Elməddin Alıyev, Bəhruz Heydərli və Kamil Həsənov tüstüdən zəhərləndikləri üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, burada onlara ilkin tibbi yardım göstərilib.

Hazırda polis əməkdaşlarının vəziyyəti normaldır və xidmətlərini davam etdirirlər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 3126 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +