Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


02.01.2019  09:48 

ATƏT-in yeni sədri prioritetlərini açıqladı





A+  A-

Yanvarın 1-dən ATƏT-ə sədrlik rotasiya əsasında bir il müddətinə İtaliyadan Slovakiyaya keçib.
XəzərNews.az “AzərTAC”a istinadən xəbər verir ki, bu münasibətlə Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak ölkəsinin sədrlik dövrü üçün hədəflərini açıqlayıb.

Nazir ölkəsinin sədrlik dövrü üçün qarşısına ATƏT məkanında dialoq, etimad və sabitliyin dəstəklənməsi və təşkilatın fəaliyyətinin gücləndirilməsi kimi hədəflər qoyduğunu açıqlayıb.

Sədrlik 2019-cu ildə diqqətini üç əsas fəaliyyət sahələrinə yönəldəcək və münaqişələrdən əziyyət çəkən insanları ön planda saxlamaq şərti ilə bu münaqişələrin qarşısının alınması və zəiflədilməsi, eləcə də vasitəçiliyin həyata keçirilməsi, təhlükəsiz gələcək naminə fəaliyyət, həmçinin təsirli multilaterizmin dəstəklənməsi üçün çalışacaq. Sədrlik, ilk növbədə, Ukraynada davam edən böhranı ümumi təhlükəsizlik üçün əsas problem hesab edərək gərginliyin azaldılması, etimadın yaradılması və dialoqun asanlaşdırılması üçün səy göstərəcək.

M.Layçak, həmçinin bildirib ki, sədrlik dövründə Slovakiya üzv ölkələr arasında, eləcə də qeyri-hökumət qurumları ilə mənalı və açıq dialoqun inkişaf etdirilməsinə çalışacaq. Effektiv mutilateralizm ATƏT institutlarına etimadı və hamı üçün təhlükəsizliyi gücləndirəcək.

Yanvarın 10-da ATƏT-in Vyanada yerləşən baş katibliyində keçiriləcək inauqurasiya mərasimində ATƏT-in yeni sədri ölkəsinin sədrlik dövrü üçün prioritetlərinə dair çıxış edəcək.

Xəbər 2873 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +