Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


18.07.2018  13:17 

Hüseyn Abdullayev hansı məmurla əlbir olub?





A+  A-

Hüseyn Abdullayev həbsinin ilk günlərində üzləşdiyi rəftardan qurtulmaq üçün qazancı, anasının ölkədən çıxışına kimlərin kömək etməsi kimi məlumatları detallı şəkildə danışmağa qərar verib, Vergilər Nazirliyi, Sərhəd Qoşunlarındakı dostlarının adını çəkib.
XəzərNews.az xəbər verir ki, bu məlumatı “Yeni Müsavat” yayıb. Qəzet iddia edir ki, həmin şəxslərin kimlikləri, vəzifələri müəyyən olunub və artıq onları işdən çıxarıblar. Son günlər bəzi dövlət idarələrində məmurların toplu halda işdən çıxarılmasının əsas səbəbi məhz Hüseyn Abdullayevin istintaqa açıqlamalarıdır. Onların bəziləri rəsmən elan olunmadan, qanunauyğun şəkildə istintaqın xüsusi yoxlamalarından keçməkdədir.

Xəbərdə bildirilir ki, Hüseyn Abdullayevin sərgilədiyi bu mövqe onun özünə qarşı münasibətin bir qədər yumşaldılmasına, şəxsi xahişlərinin yerinə yetirilməsinə yol açıb. Hüseyn Abdullayevin belə xahişlərindən biri də xaricdə olan anasının ölkəyə qayıtmasına izn verilməsi ilə bağlı olub. Onun xahişi yerinə yetirilib. Hüseyn Abdullayevin anası artıq Azərbaycandadır.

Digər bir iddiaya görə isə Hüseyn Abdullayev Azərbaycanda Qərbin işlədiyi şəxslərlə bağlı da bildiklərini istintaqa deyib.

Bəlli olub ki, H. Abdullayev istintaqa Azərbaycan hakimiyyəti əleyhinə iş aparan kampanyon və tərəfdarlarının da adlarını açıqlayıb. Üstəlik, o, Avropadakı bir neçə səfirimizlə gizli əlaqələri ilə bağlı da ifadə verib.

Həmçinin H. Abdullayevin Azərbaycanda və ondan kənarda maliyyə dəstəyi verdiyi jurnalistlərin və media quruluşlarının adları da istintaqa bəlli olub. Son günlər yayımı məhdudlaşdırılan və barələrində cinayət işi açılan media quruluşlarından bir neçəsi də bu cür gizli yardımların əhatəsinə düşənlərdəndir.

Xəbər 3380 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +