Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


15.07.2018  17:23 

Yunis Səfərovla birlikdə Suriyada döyüşən şəxslər saxlanıldı





A+  A-

Gəncə şəhər icra başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovun İranda yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib.
Hüquq mühafizə orqanlarından XəzərNews.az-a verilən məlumata görə, daima Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəylinin 2017-ci ilin yanvarında “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.

Məlumata görə, Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəyli yaxın qohumları - İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunu 2013-2016-cı illər ərzində Suriya ərazisindəki döyüşlərdə iştirak etmək üçün bu ölkəyə göndəriblər. Onlar Yunis Səfərovla birlikdə qanunsuz silahlı birləşmələrin tərkibində vuruşublar.

Həmçinin məlum olub ki, T.Göyüşov bu ilin 10 iyul tarixində Gəncədəki hadisələrin fəal iştirakçısı olub.

Yuxarıda adları qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

Xəbər 3045 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +