Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


29.05.2018  12:09 

Lirə ucuzlaşır, Ərdoğanın reytinqi azalır...





A+  A-

Türk lirəsinin son iki həftə ərzindəki ucuzlaşması iqtidara inamı xeyli azaldıb.
XəzərNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, türk lirəsinin ABŞ dolları qarşısında son iki həftə ərzində zəifləməsi hakim Ədalət və İnkişaf Partiyasına (AKP) növbədənkənar prezident seçkiləri ərəfəsində böyük zərbədir. AKP ilə yanaşı MHP-nin də səs sayında zərbə alacağı gözlənilir.

Belə ki, İstanbul İqtisadiyyat Tədqiqat Mərkəzinin bundan əvvəl keçirdiyi sorğu ilə müqayisədə Rəcəb Tayyib Ərdoğanı dəstəkləyənlərin sayında 3,77% azalma müşahidə olunub. 16 may tarixində keçirilən ilk sorğuda Ərdoğanı dəstəkləyənlər 47,79% idisə, dünən keçirilən sorğuda 44,02% təşkil edib. Bu nəticə reallaşarsa, seçkilər ikinci tura qalacaq. Əgər Ərdoğan ikinci tura 44% səs ilə gedərsə, rəqibinin qalib olma ehtimalları daha da yüksəlir.

Araşdırma Mərkəzindən verilən məlumata əsasən, Ərdoğan aprel ayında 48,6% səs yığmışdı. O vaxt seçkilərin ikinci tura qalmması belə real görünmürdü. 14 may tarixində Bloomberg TV-yə verdiyi müsahibədən sonra vəziyyət dəyişdi. Belə ki, Ərdoğanın dediklərindən Türkiyədə müstəqil bir mərkəz bankının olmayacağı, faiz siyasətinin özü tərəfindən təyin olunacağı, Türkiyənin investisiyaya uyğun olma xüsusiyyətini təmamilə itirəcəyi qənaətinə gələnlər oldu.

Ərdoğan investorların ona göstərdiyi etimadı beləcə itirdi, lirədən “qaçmaq” da bunun nəticələrindən biri idi. 10 gün ərzində AKP-nin prezidentliyə namizədinin 3,7% səs itirməsinin nə dərəcədə əhəmiyyətli olduğu bir həftə sonra keçiriləcək yeni sorğuda müəyyən olunacaq.

Xəbər 3040 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +