Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


25.05.2018  22:36 

Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında fərman imzalayıb.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu dövlət qurumunun yaradılmasına qədər maliyyə monitorinqinin həyata keçirilməsi üzrə funksiyanı Maliyyə Bazarlarına Nəzarət Palatası yerinə yetirirdi. Bu Palatanın başçısı Rüfət Aslanlı son vaxtlar KİV və ekspertlər tərəfindən kəskin tənqidə məruz qalırdı, çünki kölgə iqtisadiyyatı adlandırılan əsas şərlə mübarizədə gücsüz olduğu göz önündə idi. Böyük hesabla, yeni dövlət qurumu həm də ölkədən kapital axınının və pul yuyulmasının qarşısını alacaq.

Beləliklə, belə qənaətə gəlmək olar ki, Rüfət Aslanlı öz birbaşa vəzifəsinin öhdəsindən gələ bilməyib və bu da sonda yeni dövlət qurumunun yaradılması ilə nəticələnib.

Yeri gəlmişkən, Prezidentin fərmanında bildirilir ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

Fərmanla həmçinin Nazirlər Kabinetinə Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Xidmətin istifadəsinə verilməsi ilə bağlı tədbirlər görmək və bu barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək həvalə olunub.



Xəbər 3342 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +