Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


05.02.2018  19:46 

Seçkiqabağı təşviqatın müddəti açıqlandı





A+  A-

Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar Prezident seçkilərində seçkiqabağı təşviqatın müddəti məlum olub.
XəzərNews.az-ın “Report”a istinadən xəbərinə görə, Mərkəzi Seçki Komissiyasında qeydə alınan namizədlər səsvermə gününə 23 gün qalmış, yəni martın 19-da təşviqata başlaya bilərlər. Bu müddət ərzində namizədlər pulsuz efir vaxtından, habelə qanunda nəzərdə tutulmuş digər vasitələrdən istifadə edə bilərlər.

Təşviqat səsvermənin başlanmasına 24 saat qalmış - aprelin 10-da dayandırılacaq.

Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.
Səsvermə günü - aprelin 11-də seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları yığışdırılacaq.

Qeyd edək ki, Azərbaycanda Prezidentliyə namizəd olmaq istəyən şəxslər səsvermə gününə ən çoxu 50 (20 fevral) və ən azı 30 gün (12 mart) qalmış saat 18.00-dək seçki sənədlərini MSK-ya təqdim etməlidirlər.

Xatırladaq ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Xəbər 3067 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +