Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


08.11.2017  15:26 

Həkimlərin maaşları artırıla bilər





A+  A-

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tibb işçilərinin maaşlarının, anadangəlmə fiziki qüsurlu şəxslərin müavinətlərin az olduğunu bildirib.
XəzərNews.az-ın xəbərinə görə, komitə sədri bu məsələyə baxılmalı olduğunu deyib.

Deputat Elmira Axundova isə Azərbaycanda çox peşəkar həkim ordusunun olduğunu qeyd edib, onların maaşlarının az olduğuna diqqət çəkib: "Biz gənclər tibb sahəsində xaricdə, xüsusilə Türkiyədə təhsil aldıqdan sonra Azərbaycana qayıtmaq istəmirlər. Bu, artıq kütləvi hal alıb. Çünki onlar gəlib burada az maaşa çalışmaq istəmirlər. Poliklinikada tibb bacısı 110-120 manat maaş alır. Savadlı həkimlərin məvacibi cəmi 150-160 manatdır. Nəticədə də ələbaxımlıq, digər mənfi hallar yaşanır. Belə halları aradan qaldırmaq üçün də həkimlərin, səhiyyə işçilərinin məvacibləri artırılmalıdır".

Deputat anadangəlmə fiziki qüsurlu şəxslərin də müavinətinin az olduğunu bildirərək qeyd edib ki, gələn il Maliyyə Nazirliyi buna da diqqət etməlidir.

Xəbər 3439 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +