Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


08.11.2017  12:41 

“Bu ailələrə verilən müavinətlər artırılsın“ – TƏKLİF





A+  A-

“Azərbaycanda 3 yaşına qədər uşaqları olan ailələrə verilən müavinət artırılsın. Həmin müavinətlər dəyişiklik edilmədən 3 il müddətinə sabit qalsın”.
XəzərNews.az-ın məlumatına görə, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Komitə sədri bildirib ki, prezidentin müvafiq sərəncamı ilə Azərbaycanda sosial evlər inşa olunur.

“Güzəştli sosial evlərin ipoteka müəllimlər və həkimlər üçün verilməsini də təklif edərdim. Bu onların işlərinə stimul yarada bilər. Məişət zorakılığının qarşısının alınması ilə məşğul olan qurumların fəaliyyətinin gücləndirilməsinə böyük ehtiyac var.

Məhkəmələrdə, hüquq mühafizə orqanlarında psixoloq, sosial işçi statlarının yaradılmasına böyük ehtiyac var”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, hazırda ünvanlı sosial yardım sisteminin yenidən formalaşması istiqamətində iş gedir.

"Bu çərçivədə 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin artırılması məsələsinə baxıla bilər".

Xəbər 3184 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +