Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


02.10.2017  12:57 

Dövlət qulluğuna qəbulla bağlı qeydiyyat davam edir





A+  A-

Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçiriləcək.

XəzərNews.az xəbər verir ki, “Sınaq imtahanında iştirak etmək üçün online qeydiyyat” 5 oktyabr saat 18:00–dək davam edəcək.

Sınaq imtahanı oktyabrın 5-də və 6-da Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universiteti) keçiriləcək və saat 10:00-da başlayacaq. DİM-də sınaq imtahanı üçün 2 zal ayrılmışdır. Namizədlər imtahanı həmin zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. 5 oktyabr tarixində keçiriləcək imtahan üçün nəzərdə tutulan yerlər artıq dolmuşdur. Nəzərinizə çatdırırıq ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmək istəyənlərin sayına uyğun olaraq imtahan günlərinin də sayı artırıla bilər.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.azsaytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Xəbər 3053 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +