Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


29.03.2017  12:52 

Ödənişli elektron sınaq imtahanlarına yazılış başlayıb





A+  A-

Aprelin 1-dən 9-dək keçiriləcək ödənişli elektron sınaq imtahanına yazılış davam edir. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq. Test nümunələri yeni olmaqla yanaşı, imtahan fənləri üzrə qəbul proqramına və imtahan modelinə tam uyğun hazırlanıb.
XəzərNews.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzi bildirib ki, elektron sınaq imtahanında iştirak abituriyentlərə qəbul imtahanlarına hazırlıq səviyyələrini yoxlamaqla yanaşı, onların testlərlə işləmək vərdişlərinin artmasına da kömək edəcək.
Elektron sınaq imtahanı abituriyentlərə imtahandan sonra yenidən test suallarına baxmaq, onları təhlil etmək, öz cavablarını etalon cavablarla müqayisə etmək imkanı da yaradır.
Elektron sınaq imtahanında iştirak üçün abituriyentlər Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. Ödəniş (10 manat) etmək qaydaları ilə saytda tanış ola bilərsiniz.
İmtahan müddəti 3 saatdır.
Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.

Xəbər 3325 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +