Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


28.03.2017  10:12 

29 minə yaxın abituriyent sənəd verib





A+  A-

Ali təhsil müəssisələrinin I-V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.
XəzərNews.az xəbər verir ki, bu gün səhər saatlarına olan satistikaya əsasən ümumilikdə 28 946 abituriyent qeydiyyatdan keçib.
Onlardan 27 108-i I-IV ixtisas qrupuna imtahan verənlərdir. 9 551 abituriyent V ixtisas qrupuna, 8 074-ü isə tam orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verib.
Qeydiyyatdan keçən 28 946 abituriyentdən 26 335-i qəbul imtahanının I mərhələsində (yaz imtahanlarında) iştirak edəcək.
Rus bölməsini seçən 4 555 abituriyent isə aprelin 9-da keçiriləcək “Azərbaycan dili” fənni üzrə test imtahanına qatılacaq. 2016-cı ildə “Azərbaycan dili” fənni üzrə test imtahanında “məqbul” alan 184 abituriyent isə cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılacaqlar.
Qeyd edək ki, ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 10-dək internet vasitəsilə aparılacaq. I-IV qruplar üzrə qəbul imtahanı (ilk imtahan) aprel-may aylarında, ikinci imtahan isə iyul ayında keçiriləcək. Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında qəbul imtahanı əvvəlki illərin məzunları üçün isə iyul ayında baş tutacaq.

Xəbər 2913 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +