Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


22.02.2017  15:11 

Bakı metrosunda cinayət: Pulla dolu çantanı oğurlayan şəxs kameraya düşdü - VİDEO





A+  A-

Yanvarın 17-də Bakı şəhər sakini Şölə Yusifovanın metronun “Gənclik” stansiyasından “Koroğlu” stansiyasına gedən zaman içərisində pul və plastik bank kartları olan əl çantası oğurlanıb.
XəzərNews.az ARB TV-yə istinadən xəbər verir ki, dərhal Metropolitenin polis şöbəsinə məlumat verən zərərçəkənin şikayəti əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb.

Metro stansiyalara quraşdırılmış mühafizə kameralarının təsvirlərinə baxış keçirilərkən, həmin saatlarda ərazidə sıxlıq olması əməliyyatçıların işini bir qədər çətinləşdirib. Buna baxmayaraq, qatara qadının arxasınca minən sərnişinin növbəti stansiyada düşərək oranı tələsik tərk etməsi polis əməkdaşlarında şübhə yaradıb.

Nəhayət, əməliyyatın sonunda şübhələr özünü doğruldub və məlum olub ki, əməli törədən əvvəllər də məhkum olunmuş 29 yaşlı Yadigar Rüstəmovdur. Hadisə baş verən andan bir ay sonra, yəni fevralın 18-i sözügedən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.


Xəbər 4724 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +