Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...


22.02.2017  11:58 

“Çudo Peçka” tamamilə çökür - Maaşları kim verəcək?





A+  A-

Bir zaman qənnadı məhsulları və “fast-fud” üzrə Azərbaycandakı ən geniş şəbəkə olan “Çudo Peçka” mağazalarının artıq cəmi bir filialı- Ağa Nemətulla küçəsindəki fəaliyyət göstərir.
Belə olduğu təqdirdə şirkətin xeyli əməkdaşı işsiz qalıb. Onlar 8 aydan çoxdur ki, maaşlarını da ala bilmirlər. 2009-cu ildən Binəqədi rayonu, Cəfər Xəndan 36 A küçəsində yerləşən “Çudo peçka” mağazasında çalışan İmran Rzayev də aylardır maaşını ala bilməyənlərdəndir. Redaksiyamıza dəfələrlə müraciət edən İ.Rzayev heç bir qurumun onlara kömək etmədiyini, çox çətin vəziyyətdə qaldığını bildirib:

“Artıq bilmirik nə edək. 700-dən çox işçiyik, müraciət etmədiyimiz yer qalmayıb. Baş ofis Vergilər Nazirliyi tərəfindən vergi borcuna görə bağlanıb. Şirkətin rəhbəri Anar Cəlilovu heç kim tapa bilmir. İş məhkəmədədir, ancaq məhkəmənin də necə getməsi sual altındadır. Çox çarəsiz vəziyyətdə qalmışıq”.

Şirkətlə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmayıb. Saytda göstərilən nömrələrin heç biri cavab vermir.

Qeyd edək ki, şirkət son aylarda ciddi maliyyə sıxıntısı yaşayır və bu ay “Əhmədli”, “Neftçilər” və “28 may” stansiyalarının yaxınlığında yerləşən mağazalarının fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

(qafqazinfo.az)

Xəbər 5316 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +