Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


27.01.2025  17:58 

Daha bir klinikada ÖLÜM





A+  A-

Bakıda klinikada ölüm hadisəsi baş verib.

XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Süleymanov Ceyhun Akif oğlu yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişib.

Belə ki, C.Süleymanov yanvarın 21-də ilk olaraq Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına hidrokolonoterapiya (bağırsaq yuyulması) üçün müraciət edib. Müraciətinin səbəbi mədə-bağırsağında olan problemlə bağlı olub. “Stimul” klinikasında narkoz həkimi olmadığı üçün onu “Medilife” klinikasına yönləndiriblər. Bu klinikada həkim Ləman Xasıyeva tərəfindən bağırsağı yuyulan C.Süleymanov bir neçə saat sonra dünyasını dəyişib.

İlkin məlumata görə, mərhumun ailəsinə Ceyhun Süleymanovun ölümü ilə bağlı ətraflı informasiya verilməsə də, onun təzyiqinin qalxdığı deyilib.

Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.

Məsələ haqda klinikadan bildirilib ki, hazırda tibb müəssisəsində suallara cavab verəcək məsul şəxs yoxdur.

Qeyd edək ki, C.Süleymanov ailəli olub, 2 övladı var idi.

Xəbər 4027 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +