Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


27.01.2025  15:22 

Bu ərazilərdə ev tikən şəxslərə torpaq sahələri VERİLİR?





A+  A-

“Təhlükəli ərazilərdə qanunsuz ev tikən vətəndaşlara digər ərazilərdən torpaq sahələri verilə bilər”.

XəzərNews.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Sürüşmə zonalarında inşa edilmiş fərdi yaşayış evlərindən danışan komitə sədri söyləyib ki, orada yağış yağanda müəyyən təhlükələr yaranır:

“Palçıq vulkanı olan ərazilərdə, neft kəmərlərinin yaxınlığında evlər tikilib ki, vətəndaşlar üçün təhlükələr yarana bilər. Belə evlər mütləq təhlükədən azad edilməlidir. Ancaq bu, o demək deyil ki, həmin vətəndaşların hüquqları pozulmalıdır. Çünki onlar o evləri kiminsə razılığı ilə, kiminsə gözü qarşısında tikiblər, o evlərə külli miqdarda xərc çəkiblər, orada müəyyən şərait yaradıblar və onların haqqıdır ki, müəyyən qaydada tələbatları ödənilsin. Ya onlara digər ərazilərdən torpaqlar verilsin və ya müəyyən qaydada günahkar şəxslər tərəfindən onların kompensasiyası ödənilsin, ya da onlara hansısa digər formada köməklik göstərilsin”.

“Bu evlərin tikintisinin qarşısı vaxtında alınsaydı, indi belə problemlər ortaya çıxmazdı. Burada vətəndaşların da səhvləri var. İnsanlar da bilməlidir ki, bu cür ərazi təhlükəli zonadır, ev tikmək olmaz, burada yaşamaq risklidir. Bu barədə vətəndaş düşünməli idi. Halbuki, vətəndaş bilə bilə özünü təhlükə altında qoyub”, - komitə sədri əlavə edib.

Xəbər 3784 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +