200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


26.07.2023  14:24 

Uca Allahın varlığı...





A+  A-

Bəşərin Allah barəsində düşüncəsi və etiqadı artaraq yeni-yeni elmi kəşflər edir.

Biz, Allah-təalanın bütün varlıqları yaratdığına və başqa sözlə desək, Onun varlıq dünyasının yaradanı olduğuna inanırıq, Onun Əzəmətli, Elmi və Qüdrətinin əsərləri dünyanın bütün varlıqlarında aşkar olmuşdur.

Uca Yaradanın əzəməti, elmi və qüdrəti bizim vücudumuzda (həmçinin fitrətimizdə), canlılar və bitkilər aləmində, səmanın bitib-tükənməyən ulduzlarında və daha yüksək aləmlərdə, bir sözlə hər yerdə aşkardır.

Biz inanırıq ki, gördüyümüz bu böyük dünyanın varlıqlarının sirləri barəsində daha çox fikirləşək, Onun pak Zatının əzəmətinə, elm və qüdrətinin sonsuz olduğuna bir o qədər agah olarıq.

Müxtəlif kəşf və ixtiralarla və elmin inkişafı ilə, həqiqətdə Allahın elm və hikmətinin yeni-yeni qapıları bizim üzümüzə açılır.

Bəşərin Allah barəsində düşüncəsi və etiqadı artaraq yeni-yeni elmi kəşflər edir. Belə ki, təbiətin bir çox sirlərinə agah olduqda, istər istəməz onun yaradanı barəsində fikirləşir, Onun pak zatının əzəməti və elminin qüdrətinin, geniş olduğunu heyranlıqla etiraf edirik.

Bu təfəkkür bizim Allaha olan eşqimizi gün bəgün artırır, bununla da, Ona daha çox yaxınlaşdıraraq, tükənməz Cəlal və Cəmal sifətlərinin nuruna boyayır.

Quran buyurur:

“Yer üzərində inam, yəqin axtaran kəslər üçün nişanələr, ibrətlər vardır. Və sizin öz vücudunuzda da, nişanələr mövcuddur. (məgər) Görmürsünüzmü?”/Zariayat surəsi, ayə 20-21.

"Şübhəsiz, yerin və göylərin yaradılışında və gecə -gündüzün gəlişində ağıl sahibləri üçün nişanələr vardır. Onlar ayaq üstə, oturan halda, böyürləri üstə yatarkən Allahı zikr edib (hər vaxt Onun barəsində fikirləşərlər), göylərin və yerin yaranışını təfəkkür edər və deyərlər: “Ey Rəbbimiz, bu dünyanı boş-boşuna yaratmamısan”./Ali-İmran surəsi, ayə 90-91.

T.Abbaslı

Xəbər 5589 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +