“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


15.01.2025  18:35 

Vəfat edən əsgərlə bağlı RƏSMİ AÇIQLAMA





A+  A-

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Adil Baxşəli oğlu Baxşəliyev odlu silahdan atəş açmaqla özünü öldürüb

Xəzərnews.az xəbər verir ki, bu barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

***14:32

Azərbaycan Ordusunun əsgəri vəfat edib.

Xəzərnews.az Oxu.az-a istinadla xəbər verir ki, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 29-da vəfat edib.

O, Kəlbəcərdə hərbi xidmət keçirdi.

Hadisə ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.



Xəbər 2755 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +