200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


16.06.2024  17:23 

Niderlandda DİASPOR arasında böyük dava, yoxsa?. - AÇIQLAMA





A+  A-

Dünən axşam Diaspora.TV-yə Niderlandın Den Haag şəhərində yerləşən restoranların birində 15 İyun Milli Qurtuluş gününə həsr olunan tədbirdə Azərbaycan diasporunun fəalları arasında dava düşdüyü barədə informasiya daxil olub. Bu informasiya sonradan Avropada yaşayan bir azərbaycanlı jurnalistin sosial şəbəkə hesabında da paylaşılıb.

İnformasiyanı verən mənbə qeyd edib ki, Niderlandda yaşayan soydaşımız, Beniluks Azərbaycanlıları Konqresinin baş məsləhətçisi Lamiyə Babayeva üç nəfərlə birgə tədbirin keçirildiyi məkana daxil olaraq bir nəfərə xəsarət yetirib. Nəticədə Azərbaycanda yüksək vəzifədə çalışan şəxsin yaxın qohumu zərər görüb, həmin adam dərhal polisə müraciət edib, hazırda araşdırma aparılır.

Xəzərnews.az Diaspora.TV-yə istinadla xəbər verir ki, faktı dəqiqləşdirmək üçün Lamiyə Babayeva ilə əlaqə saxlayıb.

L.Babayeva azərbaycanlıların dünən bir restoranda tədbir keçirdiklərini təsdiqləyib:

“Amma o tədbir Milli Qurtuluş Günü deyil, soydaşlarımızın birinin övladının ad günü ilə bağlı olub”.

L.Babayeva bildirib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir:

“Polis heç bir araşdırma aparmır, yaralanan da yoxdur. Tədbirdə iştirak edən hər kəs bunu təsdiq edə bilər. Hətta ad günü ilə bağlı tədbirdən fotolar, videolar da paylaşılıb”.

L.Babayeva qeyd edib ki, o, illərdir Niderlandda yaşayır və soydaşlarımızın böyük əksəriyyətini də tanıyır:

“Məclisdə olanların heç biri nə bir diaspor təşkilatının, nə də səfirliyin keçirdiyi tədbirlərdə fəal deyillər. Yəni onlar heç dünənki tarixin Milli Qurtuluş Günü olduğunu da bilmirdilər. Sadəcə bir jurnalistə xəbər gedir, o da buna siyasi don geyindirib”.

İsmayıl Rəhimoğlu
Diaspora.TV


Xəbər 10976 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +