200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


13.03.2024  09:44 

Namaz qılmayan şəxs oruc tuta bilərmi?





A+  A-

Zaman-zaman İslam dünyasında, xüsusilə də Azərbaycanda ən çox müzakirə olunan və sual verilən mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır.

Xəzərnews.az xəbər verir ki, Məsələyə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov Modern.az-a bildirib ki, namaz qılmayan şəxsin də oruc tutmasında heç bir problem yoxdur:

“Təəssüf ki, biz özümüzdən daha çox başqalarının əməllərini təftiş etməyə meylliyik.

İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edir. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir.

Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə, namaz qılmayan şəxsin oruc tutmasında heç bir problem yoxdur. Bəlkə də bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq.

Ona görə dəyərli müsəlman qardaş və bacılar, daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. Qiyamət günü biz başqalarının deyil, öz əməllərimiz barədə sorğu-sual olunacağıq.

Allah bütün dua və ibadətləri qəbul etsin! Allah ölkəmizi, ölkə başçımızı, dövlətimizi qorusun!”.



Xəbər 10057 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +