Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib
BMT işçilərini 20% ixtisar edəcək
Rusiya Zaporojjyaya raket atdı: 1 uşaq öldü
Vasif Talıbovun səhhəti pisləşdi


22.05.2018  15:19 

Bu abituriyentlər istədikləri ixtisas üzrə ali təhisl alacaqlar





A+  A-

Beynəlxalq fənn olimpiadalarının qalibləri istədikləri ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanunun 26-cı maddəsinə (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) dəyişikliklər təklif edilir.

Qanuna yeni 26.1-1. maddə əlavə edilir. Yeni maddəyə görə, orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı ( baza ali tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26.5-ci maddə isə yeni redaksiyada verilir: Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Mövcud qanunvericilikdə isə belə göstərilib: Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Həmçinin qanuna yeni 26.5-1 və 26.5-2 maddələr əlavə edilir.

26.5-1. Bu qanunun 26.5-ci maddəsində nəzərdə tutulan olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışarın siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26.5-2. Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Xəbər 1507 dəfə oxunub.




31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +