“Azəriqaz”ın smart kart problemi hələ də davam edir
Sabahın hava proqnozu açıqlandı
Rusiya FTX azərbaycanlı qadını belə həbs etdi
Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib
Qaxda 13 yaşlı qıza təcavüz olunub?
Abşeronda bir ev 5 nəfərə satılıb
Dövlət bu şəxslərə ev verəcək
İlham Əliyev Qələbə Paradında iştirak edəcək
İrəli, Qarabağ! İrəli, Azərbaycan! - İsrail səfiri
Ryazan-Moskva neft kəmərində partlayış olub


20.04.2020  15:18 

Koronavirusun qəribə xüsusiyyətləri





A+  A-

“Koronavirus klassik epidemiologiya üçün qeyri-adi bir hadisədir”.
XəzərNews.az xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalında “Vladimir Solovyovla bazar axşamı” tok-şousunda qonaq olan infeksion xəstəliklər üzrə mütəxəssis Vladimir Nikiforov açıqlama verib:

“Bu virus klassik epidemiologiya qanunlarına, kəskin respirator virus infeksiyalarının klassik patogenezinə tabe deyil”.

İnfeksionist bildirib ki, həkimlər xəstənin sağlamlıq vəziyyəti və özünü necə hiss etməsi arasındakı uyğunsuzluğu başa düşə bilmirlər. “Analizlər göstərir ki, xəstə ən azından reanimasiyada olmalıdır, ancaq buna baxmayaraq o özünü yaxşı hiss edir”.

Nikiforov qeyd edib ki, üzdə görülən sağlamlığa baxmayaraq, zaman keçdikcə belə vəziyyətlərdə “fəlakətli çöküş” yaşana bilər. O bildirib ki, koronavirus infeksiyası zamanı ağciyərlərdə baş verən sətəlcəm və ya iltihablanma rentgen şüalarında görünmür.

“Yeni bir şeylə qarşılaşırıq. Bunun qorxunc olduğunu deməzdim, amma anlaşılmaz olan hər şey həm də qorxuludur”, - deyə Nikiforov yekunlaşdırıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 2 408 359-a çatıb, 165 107 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

Xəbər 2956 dəfə oxunub.




28.08.2025  10:57 

Hava limanından 10 minlik oğurluq

27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto

27.08.2025  16:11 

AFFA hansı klubları cərimələdi?

27.08.2025  14:09 

Sabiq deputat FHN-ni ittiham etdi


BÜTÜN XƏBƏRLƏR +