“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.12.2023  12:10 

Taksi sürücülərinin qənimi saxlanıldı





A+  A-

Paytaxtın Nərimanov rayonu ərazisində taksi sürücülərinə qarşı dələduzluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Xəzərnews.az-a verilən məlumata görə, rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan 5 nəfər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət edərək avtomobillərinə müştəri kimi əyləşən şəxsin onlara üzərində “etibarsız” yazılan 50 və 100 manatlıq əskinaslar verib əvəzində isə pulun qalığını aldığını bildiriblər.

Qeyd olunub ki, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunazidd əməlləri törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü əvvəllər məhkum olunmuş Hafiz Mahmudov saxlanılıb:

“Onun üzərinə keçirilən baxış zamanı dələduzluq edərkən istifadə etdiyi üzərində “etibarsız” yazılan 50, 100 və 200 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb. Taksi sürücülərinə qarşı dələduzluq edən şəxsin hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb”.

Qurumun yaydığı məlumatda bildirilir ki, həmçinin Nərimanov RPİ-nin 16-cı PŞ əməkdaşlarının keçirdikləri daha bir əməliyyat tədbiri nəticəsində inzibati ərazidə yerləşən geyim mağazalarından birində olan seyfdən 2072 manat oğurlayan paytaxt sakini Şahniyar Hüseynov da saxlanılıb:

“Bu şəxsin törətdiyi oğurluq hadisəsi də geyim mağazasındakı kameralar vasitəsilə qeydə alınıb. H. Mahmudov və Ş.Hüseynovun Bakı şəhərinin müxtəlif ərazilərində analoji cinayətlər törətmələri istisna edilmir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər”.

Xəbər 4556 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +