Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


05.10.2020  14:08 

“Əsir Ermənistan hərbçilərinə humanitar hüquqa uyğun davranılır”





A+  A-

“Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə yaşayan erməni əsilli şəxslər təhlükəsizlik şəraitində yaşamağa davam edəcək”.
XəzərNews.az xəbər verir ki, bunu bugünkü brifinqdə XİN-in Mətbuat katibi Leyla Abdullayeva deyib. O bildirib ki, bu gün də Azərbaycan ərazilərində on minlərlə erməni əsilli vətəndaşlarımız yaşayır: “Bu, təkcə erməni əsilli şəxslərə aid deyil, Azərbaycanda fərqli etnik millətlərdən yaşayan çoxlu vətəndaş var və onların bu günədək bütün hüquqları qorunub”.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə də əlavə edib ki, erməni əsilli Azərbaycan vətəndaşlarının bütün hüquqları qorunacaq: “Özlərinin istəyi olacağı təqdirdə, Azərbaycanın istənilən yerində yaşaya bilərlər. Onlar erməni mənşəli Azərbaycan vətəndaşlarıdır”.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə qeyd edib ki, əsir götürülmüş Ermənistan hərbçilərinə qarşı daim beynəlxalq humanitar hüquqa uyğun davranılır, bundan sonra da belə olacaq: “Prezident İlham Əliyevin elan etdiyi kimi, Ermənistan təxribatı nəticəsində ziyan görmüş, dağıdılmış hər bir ev, hər bir tikili təmir və bərpa olunaraq əhaliyə təqdim olunacaq. Bunun nümunəsini Cocuq Mərcanlı qəsəbəsinin yenidən salınması zamanı gördük”.

Xəbər 2976 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +