Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


17.07.2022  23:00 

Rədd olub gedəkmi bu məmləkətdən?...





A+  A-

Söhbətin yanlış başa düşüldüyünü və ya qəsdən başqa səmtə yönləndirildiyini hiss edərəkdən bu mövzuda son fikirlərimi qeyd etmək istəyirəm. Bəli, Şuşada keçirilən Vaqif Poeziya günlərində iştirak etmədiyinə görə narazı qalanlardan biri də mənəm.

Vətən sevgisinin ölçü vahidi at, paxıllığın ölçü vahidi eşşək olan bir məmləkətdə inanıram ki, heç olmasa, məni anlayacaq beş-on sağlam düşüncəli adam tapılacaq. Burada, nə gedənlərə paxıllıqdan, nə də qalanlara eyhamdan söhbət gedə bilməz...

Bəli, səviyyə fərqinə irad tutula bilər və tutulmalıdır. Hərçənd ki, gedənlərdən ədəbiyyatda izi-tozu olmayanlardan birinin qalanları qıcıqlandıran "adam balası kimi..." ifadəsi də bağışlanmaz səhvdir.

...Beləliklə, məkan bəllidir,- Şuşa...

Tədbirin adı və məqsədi də bəllidir,-Vaqif Poeziya günləri...

Bir çoxları düşünürlər ki, etirazların məğzini Şuşaya getmək, görmək və dincəlmək təşkil edir. Xeyr, tamamilə səhv düşüncədir. Şəxsən mənim üçün Şuşa vaxtilə uğrunda döyüşdüyüm digər ərazilərdən heç nə ilə fərqlənmir və oraya səyahəti imkanım olanda edə bilərəm və edəcəyəm də...Yəni burda məkan elə bir əhəmiyyət daşımır və bu tədbir Laçında, Lənkəranda, Qubada, Yevlaxda, Gədəbəydə..., lap elə ölkəmizin ilan mələyən hər hansı bir səhrasında keçirilsə və mən iştirakçı siyahısından çıxarılsam, yenə də narazı qalacaqdım. Səbəbi də budur ki, mən qələm adamıyam, aşağı-yuxarı 37 ildir respublika mətbuatında çap olunuram, 21 ildir AYB-nin üzvüyəm. Bu zamana qədər də idarə heyətindən bir nəfərin qapısını döyüb zəhləsini aparmamışam. 1987-ci ildən pespublika səviyyəli mətbuat orqanlarında çap olunmağıma baxmayaraq, heç bir iddiada olmamışam.

Yaradıcılığım da göz qabağındadır, heç əvvəlki illəri demirəm, son 5-6 ildə təkcə AYB-nin üç orqanında,- "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnallarında 400-dən çox şeirim çap olunub...Necə olur ki, o boyda təşkilatda bircə nəfər tapılmır ki, öz mətbuat orqanlarında gedən imzaları izləməsin?

İzləyib susurlarsa, deməli, paxıl biz deyilik, əksinə, adımızı siyahıdan çıxaranlardır. Mən də axı ədəbi tədbirlərdə iştirak etmək, yaradıcılığımın təbliğ olunmasını və dəyərləndirilməsini istəyirəm. Bunda qeyri-adi heç nə yoxdur, - düşünürəm. Yaşımın bu çağında təbliğ olunmayıb da nə zaman olunacam?...

Əgər seçim yaradıcılığa əsasən aparılmırsa, bəs hansı arqument əsasında aparılır? Müharibə iştirakçılarınamı üstünlük verilir?... Hərçənd ki, əlavə arqumentlərin yaradıcılığa heç bir dəxli olmamalıdır, o, ya var, ya da yoxdur... Yox, əgər üstünlük verilirsə, lap yaxşı!... Onda mən də 1-ci Qarabağ döyüşlərində heç vaxt məğlub olmayan Prezident Qvardiyasının zabiti olaraq Qubadlı, Laçın, Füzuli payonlarının azad olunması uğrunda gedən döyüşlərin iştirakçısıyam. Həmin dövr üçün ən döyüşkən və elit qüvvə məhz PQ-sı idi... Azad etdiyimiz əraziləri saymaq istəmirəm burada, amma kifayət qədər geniş miqyası var idi...

...İndi nə etməli, necə olsun?...

Şeirlərimizi misra-misra oğurlayanların, parça-tikə edən plagiatçıların qarşısında qələmimizi sındırıb rədd olub gedəkmi bu məmləkətdən?...

Süleyman Abdulla

Xəbər 1607 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +