Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək


19.01.2018  16:07 

Diaspor sədri 20 yanvardan yazdı, aləm qarışdı





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadov 20 yanvar faciəsi ilə bağlı Ukraynanın tanınmış http://m.gordonua.com xəbər portalında geniş məqalə ilə çıxış edib.
XəzərNews.az xəbər verir ki, UABD sədri məqaləsində 28 il əvvəl Bakıda baş verən hadisələrlə bu gün Ukraynada baş verənlər arasında paralellik aparıb.

“Mənim xalqımın tarixində rusiyalı cəzavericilərlə əlaqəli qara səhifənin olmasını çox yaxşı xatırlayıram. Fərq sadəcə ondadır ki, 1990-cı ilin yanvarında onlar Sovet əsgərləri adlandırılırdılar. Onlar dinc əhaliyə eyni qəddarlıqla atəş açırdılar, necə ki, indi rusiyalı muzdlu əsgərlər ukraynalıları öldürür” – deyə, yazan H.Cavadov məqaləsində bəyan edir ki, sırf bu səbəbdən Ukrayna vətəndaşları 1990-cı il 20 yanvar tarixində Bakıda nələrin baş verdiyini bilməlidirlər: “Bəli, bu həqiqətən də zərbə idi - qanlı və qəddarcasına. Sovet rəhbərliyi milli azadlıq hərəkatını boğaraq, azərbaycanlıların “xalqlar həbsxanası”ndan azad olmaq hüququnu əlindən alaraq Azərbaycandakı kommunist rejimi xilas etməyə çalışırdı. Nəticədə Bakıya daxil olan silahlı rus-erməni birlikləri tərəfində müxtəlif millətlərdən, fərqli yaş və cinslərə aid yüzlərlə insan amansızcasına qətlə yetirildi”.

Qeyd edək ki, H.Cavadovun yazısı dərc olunduğu internet portalında geniş müzakirəyə səbəb olub. Azərbaycan, rus, ukraynalı və digər millətlərdən olan oxucular yazıya və 28 il əvvəl Bakıda baş verən hadisələrə münasibətlərini bildiriblər.
Həmin yazı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://m.gordonua.com/blogs/hikmet-dzhavadov/politiki-iz-rf-govoryat-o-planah-po-zahvatu-novyh-territoriy-ukrainy-i-ya-by-ne-stal-otnositsya-k-etim-zayavleniyam-s-ironiey-227577.html

Xəbər 1977 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +