1 ildə kartlardan 22 milyon manat oğurlanıb - Rəsmi
Eldar Qəribov bankdan nə qədər qazanır?
Alim, yoxsa separatçı?. - Qarabağa Artsax deyənlər
Polkovnik Şahin Quliyev həbs edilib
Kursk Ukrayna ordusundan azad edilib?
Sabiq müavin rüşvət aldığına görə saxlanıldı
İlham Əliyevin tarixə düşəcəyinə əminəm - Ərdoğan
Kimsəsiz qadın sığınacaqdan qovulub?
Ceyhun xanımını xilas edəndə boğulub - Faciə
Liderlər Budapeşt Bəyannaməsini imzalayıblar


15.08.2017  16:41 

Qurban bayramında əfv olacaq?





A+  A-

“Əfv sərəncamının verilməsi cənab prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Amma Qurban bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilmir”.
XəzərNews.az xəbər verir ki, bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a açqlamasında deyib.

Komissiya üzvü fikirlərini aşağıdakı kimi əsaslandırıb:

"Nəzərə alsaq ki, sonuncu əfv sərəncamı mart ayında verilib və 423 nəfər əfvə düşüb. Ona görə də belə tez-tez sərəncam imzalanacağını gözləmirəm. Eyni zamanda, əfv sərəncamı verilməmişdən əvvəl Komissiyanın iclasları olmalı, işlərə baxılmalıdır. Bu günlərdə Komissiya toplanmayıb və yaxın günlərdə də iclaslarla bağlı hər hansı məlumat yoxdur”.
Ə.Nuriyev qeyd edib ki, sərəncamın imzalanıb-imzalanmamasından asılı olmayaraq hər gün müraciətlər daxil olur.

“Müxtəlif qurumlardan daxil olan müraciətlər əfv sektoruna göndərilir. Onlar hər gün, mütəmadi işləyir və müvafiq arayışlar, sorğular hazırlayır, məlumatları gələcəkdə olacaq iclaslar üçün hazırlayır. Amma bu iclasların dəqiq vaxtı yalnız ölkə başçısı tərəfindən açıqlanır”.

Xəbər 1144 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!

21.05.2025  12:04 

Ata öz qızını avtobusda döydü

21.05.2025  11:34 

14 kq narkotiklə tutuldular


BÜTÜN XƏBƏRLƏR +