Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


28.03.2024  17:38 

“Sosial verilişlərə baxanda dəli oluram”





A+  A-

Müğənni Natavan Həbibi efirlərlə bağlı tənqidi fikirlər səsləndirib.

Xəzərnews.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Xəbərin var?” proqramında danışıb.

“Sosial verilişlərə baxanda dəli oluram. Millətimizi niyə belə təqdim edirsiniz? Cəmiyyətimiz o cür ailələrdən ibarətdir? Gözəl ailələrimiz də var, onları göstərmək lazımdır ki, nümunə olsun. Yoxsa sabah bir-birilərinin arxasınca telefonla gəzəcəklər ki, bir səhvin olsun, onu efirə verim, reklam olunum.

Hamı reklam dəlisi olub, özünü ulduz sayır. Fikir sahibi olub ki, sözüm varsa, deməliyəm. Hamının cibində televiziyası var, deyir ki, orada da ağzıma gələni danışım. Bunlara diqqət etmək lazımdır. Jurnalistlər, aparıcılar başda olmaqla kanallar ciddi yanaşmalıdırlar.

Bizim gələcəyimiz var, uşaqlarımız bu dalğada böyüməməlidir. Özümüz nümunə ola bilmirik, örnək ola biləcək insanları göstərək ki, kənardan yaxşı görünsün”, - deyə, sənətçi vurğulayıb.

Xəbər 5206 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +