Sazişin imzalanması tarixi bir mərhələ olacaq - Nazir
Araz Musayev onu vuranı tanımır... - Açıqlama
Türkiyəli deputat Bakını yenə tənqid etdi - Səbəb?
Əli Nur Fizuli Hüseynovu polisə şikayət edib
13 yaşlı məktəblini vuran məmur oğlu saxlanıldı
Hərbi qulluqçumuz minaya düşüb - Rəsmi
Prezident BƏƏ-dən olan iş adamlarını qəbul edib
Brüsseldə Ramstein görüşü baş tutacaq
Xəzər Universitetində tələbə bıçaqlanıb
Ordumuz Xəznəvara atəş açmayıb - Rəsmi


23.05.2025  10:00 

İSRAİL FAKTORU: BAKI İLƏ İRƏVANI YAXINLAŞDIRAN SSENARİ





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Bu dəfəki verilişdə Mübariz Əhmədoğlu ABŞ-ın Ermənistan və Azərbaycanı birlikdə “İbrahim müqaviləsi”nə qoşulmağa təklif etməsi kimi məsələlərdən tutmuş regionda baş verən digər proseslərə də münasibət bildirib.

Verilişin qısa tezisini təqdim edirik:

- ABŞ-ın belə bir təşəbbüs irəli sürməsinin müəllifi rəsmi Yerevan idi. Ermənistanın İsraillə “İbrahim müqaviləsi”nə qoşulması İranın xoşuna gəlmədi.

- Uzun müddət mətbuatda görünməyən İran səfiri Mehdi Sübhani Baş nazirin müavini Mqer Qriqoryanla görüşdü. Görünür delimitasiya və demarkasiya mövzularını, Azərbaycanla normallaşmanı müzakirə etdi.

- Tehran “Dialoq-2025”də iştirak məqsədilə Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan səfər etdi. Prezident, xarici işlər naziri, Ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşdü. Bütün bu görüşlərin hamısında son illər üçün ənənəvi hesab olunan İrandan dəstək fikirlərini - ərazi bütövlüyü, dövlət suverenliyi pozulmamalıdır, lakin Zəngəzur koridoru olmamalıdır sözlərini eşitmədi. Cavabında A.Qriqoryan Tehranda acıqla, sərt ifadələrlə Ermənistanın bütün dövlətlərlə münasibətlərini inkişaf edirəcəyini, ABŞ və İsraillə əlaqədə olacağını bildirdi.

- RF xarici işlər nazirinin müavini A.Rudenko da Tehranda “Dialoq-2025” tədbirində iştirak edirdi. Bir çox mövzuları, xüsusən də Cənubi Qafqazdakı epizodları da müzakirə etdi. Nəticədə İran başa düşdü ki, Rusiya yaxında Ermənistanla münasibətləri sərtləşdirəcək, Qafanda konsulluq açacaq. Beləliklə də İran bəlkə də Ali rəhbər səviyyəsində Ermənistana əvvəlki mövqeyini qaytardı. Müdafiə naziri Ə.Nəsirzadəni Ermənistana göndərdi. Ermənistanda onun İranın anti-İsrail mövqeyini təkrarlamaq üçün gəldiyini düşündülər. Ona görə də Ermənistan müdafiə naziri ilə onun görüşü lazımi səviyyədə keçmədi. Sonradan İran mətbuatı Papikyanla Nəsirzadənin görüşü barədə məlumat yaydı. Bəlli oldu ki, İran Ermənistana əvvəlki dəstək fikirlərini davam etdirib. Bu mövzu İranın Ermənistan üzərində Rusiyaya qarşı hərəkəti kimi yönəldi.
- Bir az əvvəl Ermənistan XİN BƏƏ ilə telefon danışığını qərarlaşdırmışdı. BƏƏ İsrail qədər İranın rəqibidir. Hətta İran BƏƏ-nin gəmisini tutub saxlayıb, Ermənistan BƏƏ-nin ərazi bütövlüyünü tanıyır. İranın müdafiə naziri Ermənistanda olduğu dövrdə Ermənistan xarici işlər naziri İranın rəqibi BƏƏ ilə telefonla danışdı. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını, BƏƏ ilə yeni konsepsiya ilə əməkdaşlığın genişləndirilməsini müzakirə etdi. Ardınca da Ermənistan Bəhreyn, Səudiyyə Ərəbistanı və Əmman ilə viza rejimini aradan qaldırdı.

- Ermənistan İran üçün ABŞ, RF və Ərəb dövlətləri istiqamətində artıq diplomatik gərginlik yaradıb. “Müharibə” termininə ehtiyac varmı? Əlbəttə, ABŞ-la danışıqlar gərgin keçir. Hərbi ritorikada İran tərəfi heç də ABŞ-dan geri qalmır. İndi artıq Ermənistan-İran münasibətlərinin kökü bəlli olur. Ermənistan İranı məhv etmək üçün onun ətrafına yerləşdiriblər. İran da məhz anti-Azərbaycan olduğu üçün bu tələyə düşüb. Ermənistan özünü çox rahat hiss edir. Hər tərəfdən özü üçün təhlükəsizlik zolağı düzəldə bilib.

- Ermənistan Rusiya, Qərb, və Ərəb dövlətləri tərəfindən İrana qarşı gərginliyin yaranmasında əsas fiqurdur. O da nəzərə alınmalıdır ki, sosial şəbəkələrdə, Youtube-də İranın məqsədinin Ermənistanı işğal etmək olduğu barədə xeyli məlumatlar var.

Əksəriyyəti rus dilində olsa da ingilis dilində də belə şərhlər var. Bunu Ermənistanın “Orbeli” Analitik Mərkəzinin bilməməsi qeyri-mümkündür.






Xəbər 857 dəfə oxunub.




29.05.2025  11:38 

Rövşən Qurbanov həbs edildi

29.05.2025  07:07 

Fransanın məşhur manyakları...


BÜTÜN XƏBƏRLƏR +