Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


13.02.2023  12:20 

Niyə məhz Şəbnəmin “tatu”su...





A+  A-

Dünən qht.az-da dərc etdiyimiz məlum “tatu” mövzusundakı xəbərlə bağlı mövqe bildirən hər bir şəxsə təşəkkür edirəm. Bilirəm ki, bir çox dostumuz da münasibət bildirmək istəsə də, bizə olan hörmətinə görə bəlkə də mövqe bildirmədi.

Bütün hallarda bu yazını dərc edib və sonra profilimdə paylaşmaqla əslində müzakirəyə açıq olduğumu göstərmişdim.

7 il ərzində öz şəxsi fədakarlığım sahəsində saxladığım qht.az saytını bu vəziyyətə düşməsi ən çox məni incidir və çox heyfslənirəm. Hər zaman qurula qeyd etdiyim və inkişafı üçün çalışdığım bir layihənin acı taleyi məndən başqa bu qədər heç kimi acıda bilməz. Bu müzakirə həm də bu gün mövcud şəraitdə xüsusən ixtisaslaşmış saytların problemlərinə diqqəti çəkmək üçün idi.

Ölkədə QHT-lərin vəziyyəti fonunda, aktiv olan az saylı VCT-yə fokuslaşmış ixtisaslaşmış media subyektinin vəziyyəti isə daha acınacaqlı olması başa düşüləndir.

- Bəs bu vəziyyətdə dövlətin dəstək mexanizmləri niyə işləmir?
- Doğurdanmı cəmiyyət və dövlət üçün belə bir layihə lazım deyil?
- Yoxsa məmurların maraq dairəsində deyil?

Bu arada qeyd edim ki, dünən bir eksperiment edərək bir neçə saat ərzində nə qədər oxucu sayı qaldırmaq mümkünlüyünü yoxladım. Belə deyək ki, bir neçə tatu və kriminal mövzuları nəticəsində təqribən 7 dəfə baxış sayını artıra bildim.

Yəni nəticələr insanı lazımlı bildiyin və ürək qoyduğun ünvana deyil, əks istiqamətə sürükləyir.

Cəsarət Hüseynzadə
Qht.az saytının Baş redaktoru


Xəbər 1082 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +