Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


17.06.2020  15:57 

Qonşu ölkələrdə koronavirusla bağlı son statistika





A+  A-

Rusiyada son sutka ərzində daha 7 843 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 553 min 301-ə çatıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 241 min 481 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 194 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 7 478-ə çatıb. Ümumilikdə 304 min 342 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda sutka ərzində 9 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib. Bununla ölkə üzrə xəstəliyə yoluxanların sayı 888-ə çatıb. Xəstəlik səbəbindən 14 nəfər həyatını itirib, 731 nəfər isə sağalaraq evinə buraxılıb.

İranda son sutka ərzində 2 612 koronavirusa yoluxma faktı qeydə alınıb, 120 nəfər vəfat edib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib. Onun sözlərinə görə, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 195 min 50-yə, xəstəlikdən ölənlərin sayı 9 185-ə yüksəlib.

Ermənistanda sutka ərzində daha 544 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 18 033-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 9 nəfər artaraq 302-yə çatıb. Ümumilikdə 6 814 pasiyent müalicə olunaraq sağalıb, 10 818 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyula qədər uzadılıb.

Xəbər 1986 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +