Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


12.03.2020  15:27 

Ağciyər İnstitutunda ölənlərin diaqnozu nədir?





A+  A-

Son aylar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ölüm hallarının sayı artıb. Sonuncu belə ölüm faktları martın 10-da qeydə alınıb. Belə ki, həmin gün İnstitutda 3 ölüm hadisəsi baş verib.
TƏBİB-dən XəzərNews.az-a bildirilib ki, 1986-cı il təvəllüdlü qadın saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub.“Hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, saat 20:30-da bioloji ölüm qeyd olunub.

Qeyd edilib ki, ölümün səbəbi “Kəskin ağciyər-ürək çatışmazlığı, ağır gedişli, iki tərəfli pnevmoniya”dır.

İkinci xəstə 1999-cu il təvəllüdlü qadın olub. O, ETACXİ-ə mart ayının 6-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub. Xəstə “Ağciyər vərəmi. Şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Vəziyyəti pisləşdiyindən martın 10-da II Reanimasiya şöbəsinə köçürülüb. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, saat 21:05-də bioloji ölüm qeyd olunub.

Ölümün səbəbi “Kəskin ağciyər-ürək çatmamazlığı. Ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə. Şəkərli diabet I tip, ağır forma”dır.

1949-cu il təvəllüdlü üçüncü xəstə də ETACXİ-ə martın 6-da Göyçay Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub və “Sol ağciyərin infiltrativ vərəmi, iki tərəfli plevral reaksiya ilə (sağda sinus, solda VI qabırğa səviyyəsi)” diaqnozu ilə I Ağciyər vərəmi şöbəsinə yerləşdirilib və müalicə təyin edilib. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, martın 10-u saat 19:00-da bioloji ölüm qeyd olunub.

Ölümün səbəbi: “Ağciyər arteriyasının tromboemboliyası. Xroniki ağciyər ürəyi. Sol ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində (kazeoz pnevmoniya). Ekssudativ plevritlə fəsadlaşma”dır.

Bütün ölüm hadisələri haqqında ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılır.

Qeyd edək ki, təkcə mediada yer alan məlumatlara əsasən, ilin əvvəlindən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanvar ayında 6, fevralda 4, martda isə 3 olmaqla ümumilikdə 13 ölüm hadisəsi qeydə alınıb.

Xəbər 2202 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +